"Bank of Baku"nun istiqrazları satışa buraxıldı

Azərbaycının aparıcı banklarından olan «Bank of Baku»nun istiqrazları satışa çıxarılır. FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 5 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsi "Bank of Baku" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verib. Qərara əsasən «Bank of Baku»nun istiqrazlarına abunə yazılışı 08.09.2025-ci il tarixində başlayacaq, 19.09.2025-ci il tarixində bitəcək.
Xatırladaq ki, bu dəfə «Bank of Baku» 20 milyon manatlıq istiqraz buraxır. Buraxılış çərçivəsində bankın hər birinin qiyməti 100 manat olan 200 min ədəd istiqrazı investorlara təqdim olunacaq.
İstiqrazlar 18 aylığa, yəni 1,6 illiyə buraxılır, istiqrazların illik gəlirliyi yüksəkdir – illik 13%, yəni 1000 manat istiqraz alan şəxs hər il 130 manat gəlir əldə edəcək. Faizlər hər 90 gündən bir ödəniləcək, bu 90 günün sayım müddəti sentyabrın 23-dən başlayır.
«Bank of Baku»nun istiqrazlarının yerləşdirilməsi üzrə anderrayter «ABB İnvest» investisiya şirkətidir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
"Bank of Baku" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2010005364
İstiqrazın növü və forması
Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz
Ticarət üsulu / forması
Kütləvi / Abunə Yazılışı
İstiqrazların sayı
200,000 (ədəd)
İlkin ticarət qiyməti
100 manat
İstiqrazların buraxılış həcmi
20,000,000 manat
İllik gəlirlilik faizi
13%
Ödəmə periodu
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 90 (doxsan) gündən bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə)
Tədavül müddəti
18 ay
Ticarətə buraxılma tarixi
23.09.2025
Anderrayter
"ABB-Invest Investisiya Şirkəti" QSC