Maliyyə Nazirliyi dövlət istiqrazlarının buraxılışını bərpa edib

Maliyyə Nazirliyi dövlət istiqrazlarının buraxılışını
5 Sentyabr 2025 17:29
Maliyyə Nazirliyi bu il ilk dəfə dövlət istiqrazlarının buraxılışını bərpa edib.

Monetar.az bu barədə Bakı Fond Birjasına (BFB) istinadən xəbər verir.

Məlumata görə, sentyabr ayının 9-da BFB-də Nazirliyin kuponlu, Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək.

Nominal dəyəri 100 manat olan 20 milyon manat həcmində dövlət istiqrazı 8% gəlirliliklə 1080 gün müddətinə tədavülə buraxılacaq. İstiqrazlar üzrə anderrayter “PAŞA Kapital İ.Ş.” QSC-dir.


Oxşar xəbərlər