Azərbaycan və Argentina iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər

Azərbaycan və Argentina iqtisadi əməkdaşlığın genişləndirilməsini
7 Sentyabr 2025 10:25

   Azərbaycan və Argentina Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun 2-ci iclası çərçivəsində ticarət, investisiya, kənd təsərrüfatı, nəqliyyat və s. sahələrdə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər. "Report"un xəbərinə görə, görüş iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin Buenos-Ayresə səfəri çərçivəsində baş tutub.

    İclasda Azərbaycanın Xarici İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat, Elm və Təhsil nazirliklərinin, eləcə də bir sıra dövlət qurum və strukturlarının nümayəndələri iştirak ediblər.

   Tədbirin yekununda imzalanan protokol ticarət, sənaye, investisiya, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, enerji, səhiyyə, nəqliyyat və tranzit, rəqəmsal inkişaf, innovasiya, elm, təhsil və turizm sahələrində əməkdaşlıq məsələlərini əks etdirir.


Oxşar xəbərlər