Azərbaycan enerji sahəsində Qətər şirkəti ilə əməkdaşlıq etmək istəyir

Azərbaycan enerji sahəsində Qətər şirkəti ilə əməkdaşlıq
6 Sentyabr 2025 18:47

   Azərbaycan Qətərin "Power International Holding" şirkəti ilə enerji sektorunda əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin icrası imkanlarını nəzərdən keçirir.

   FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

   M.Cabbarov Qətər-ə səfəri çərçivəsində "Power International Holding" şirkətinin prezidenti və baş icraçı direktoru Mutaz Al-Xayyat ilə görüşüb.

   Nazir bildirib ki, iqtisadi sahədə qarşılıqlı faydalı təşəbbüslərin icrasının xüsusi əhəmiyyəti vurğulanıb: "Şirkətlə enerji sektorunda əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin icrası imkanlarını nəzərdən keçirdik".


Oxşar xəbərlər