eBay-dən Alibabaya: Dünyanın ən böyük onlayn satış platformaları

E-ticarət bazarı sürətlə inkişaf etməkdə davam edir və bu sahədə Asiya, xüsusilə də Çin şirkətləri dominant mövqe tutur. 30 il əvvəl fəaliyyətə başlayan “eBay” isə dünyanın ən böyük onlayn ticarət platformalarından biri olaraq qalır.
Məlumata görə, “eBay” üçüncü tərəf satıcılardan əldə edilən ümumi satış həcminə görə dünyada dördüncü ən böyük platformadır. Bu göstərici ilə o, Çindən kənarda fəaliyyət göstərən ən böyük üçüncü tərəf satıcıdır. ABŞ-da isə “eBay” həm öz məhsullarının, həm də üçüncü tərəf satıcıların məhsullarının ümumi satış həcminə görə “Amazon” və “Walmart”dan sonra üçüncü yerdədir.
Dünya miqyasında ümumi satış həcminə görə “Amazon” 790 milyard dollarla birinci yerdə olsa da, üçüncü tərəf satıcılardan əldə edilən satışlarda Çin şirkətləri üstünlük təşkil edir. “Alibaba” qrupuna daxil olan “Taobao” 542 milyard dollarlıq satış həcmi ilə bu sahədə ən böyük oyunçulardan biridir. Çinin sosial video platformaları olan “Douyin” və “Kuaishou” da üçüncü tərəf satışlarında böyük həcmə çatıb. Onların 2024-cü ildəki birgə satışları 700 milyard dollardan çox olub. Müqayisə üçün qeyd edək ki, “TikTok Shop”un bu göstəricisi yalnız 33 milyard dollarda dayanıb. Bu rəqəmlər sosial ticarətin Çində qlobal miqyasda nə qədər inkişaf etdiyini göstərir.
Asiya şirkətləri ümumi satış həcminə görə də ilk onluqda yer alırlar. Bunlara “Pinduoduo”, “Tmall” (Alibaba) və “JD” kimi Çin nəhəngləri, həmçinin beynəlxalq bazara çıxmış “AliExpress”, “Temu”, Cənubi Koreyanın “Naver”, Yaponiyanın “Rakuten” və Hindistanın “Flipkart” platformaları daxildir.
MONETAR.AZ