“Nar” ilin ən uğurlu abituriyentlərini mükafatlandırıb Smartfonunuz tezliklə köhnələcək Teslanın gələcəyi Maskdan və süni intellekt sferasında ambisiyalardan asılıdır Bakının iki rayonunda suyun verilməsində fasilə yaranacaq Azərbaycan və İtaliya yeni investisiya imkanlarını müzakirə ediblər Millinin keçmiş baş məşqçisinin təzminatı heyrət doğurur!!! BYD və digər Çin avtomobili istehsalçıları Avropa bazarlarında genişlənmə sürətini artırır Dünyanın ən çox istifadə olunan dərman preparatı təhlükəli hesab olunur Özbəkistanda avtomobil nömrələrində adların və sözlərin istifadəsinə icazə veriləcək Tariflər "Volkswagen"ə milyardlara başa gəlib “Nar” ilin ən uğurlu abituriyentlərini mükafatlandırıb Smartfonunuz tezliklə köhnələcək Teslanın gələcəyi Maskdan və süni intellekt sferasında ambisiyalardan asılıdır Bakının iki rayonunda suyun verilməsində fasilə yaranacaq Azərbaycan və İtaliya yeni investisiya imkanlarını müzakirə ediblər Millinin keçmiş baş məşqçisinin təzminatı heyrət doğurur!!! BYD və digər Çin avtomobili istehsalçıları Avropa bazarlarında genişlənmə sürətini artırır Dünyanın ən çox istifadə olunan dərman preparatı təhlükəli hesab olunur Özbəkistanda avtomobil nömrələrində adların və sözlərin istifadəsinə icazə veriləcək Tariflər "Volkswagen"ə milyardlara başa gəlib

Universitetlərə qeydiyyat bu gün başa çatır

Universitetlərə qeydiyyat bu gün
8 Sentyabr 2025 09:34

   Universitetlərə qəbul olunan abituriyentlər üçün qeydiyyat bu gün başa çatır. Bu barədə DİM məlumat yayıb.

   Bildirilib ki, ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər 8 sentyabr saat 18:00-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçməlidirlər.

   Abituriyentlər qeydiyyat prosesi ilə bağlı məsələləri portal vasitəsilə dəqiqləşdirə bilərlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək. Xatırladaq ki, ali təhsil müəssisələrinə qeydiyyat avqustun 28-dən başlamışdı.

   Qeyd edək ki, ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər (subbakalavrlar) 9 - 15 sentyabr (saat 18:00-dək), orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər isə 9 - 17 sentyabr (saat 18:00-dək) 2025‑ci il tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçməlidirlər.


Oxşar xəbərlər