47 dövlət qurumunun 95 əməkdaşı haker hücumlarının qurbanı olub

 47 dövlət qurumunun 95 əməkdaşı
5 Sentyabr 2025 11:07

Bu ilin ilk yarısında Azərbaycanda 47 dövlət qurumunun 95 əməkdaşı kibergigiyena qaydalarına riayət etmədiyinə görə haker hücumlarının qurbanına çevrilib.

Bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov təmsil etdiyi qurumun təşkilatçılığı ilə keçirilən Dövlət Qurumlarının İT rəhbərlərinin VI Zirvə Toplantısında bildirib.

Onun sözlərinə görə, həmin şəxslərin 16 %-i admin səlahiyyətli əməkdaşlar olublar: "Bu dövr ərzində dövlət informasiya sistemində fərdi məlumatların əldə edilməsinə və toplanmasına imkan verən 62 boşluq aşkarlanıb".

MONETAR.AZ


Oxşar xəbərlər