Volkswagen 29 min dollarlıq elektrikli POLO hazırlayır

Volkswagen  29 min dollarlıq  elektrikli
3 Sentyabr 2025 19:00

    Volkswagen Avropanın kütləvi bazarını çinli rəqiblərin axınından qorumaq üçün nəzərdə tutulmuş yığcam elektrik hetçbekini nümayiş etdirmək niyyətindədir. O, bunun üçün  özünün ən çox satılan avtomobillərindən birinin-Polonun mirasından istifadə edir.

   Adı çəkilən avtomobil istehsalçısı ID.Polonun kamuflyajlı versiyasını təqdim edib. Gələn il satışa çıxarılacaq model 25 000 avrodan (29 125 dollar) aşağı qiymətə olacağı gözlənilir. Avtomobil  BYD və Zhejiang Geely Holding Group kimi şirkətlərin ucuz təklifləri ilə rəqabət aparmaq üçün elektriklə işləyən “xalq avtomobili” yaratmaq proqramının bir hissəsidir.
   Volkswagen bildirib ki, İD.Polo əvvəlki vaxtlardan da daha çox insan üçün əlçatan olacak. Şirkət həmçinin əlavə edib ki, əvvəllər rəqəmsal identifikasiya nömrələri olan elektrik avtomobilləri üçün tanış model adlarından istifadə etməyə başlayacaq. Şirkət yeni avtomobili gələn həftə Münhen avtosalonunda təqdim edəcək.

   Modelin buraxılışı Volkswagen üçün çətin bir vaxta təsadüf edir. Şirkət artan ticarət maneələri, durğun Avropa bazarı və Çində satışların azalması ilə üzləşir. Bu arada, Çin markaları Almaniyada 23.000 avrodan başlayan BYD Dolphin hetçbek kimi rəqabət qabiliyyətli modelləri ilə öz varlığını genişləndirir.
   Avropanın  böyük avtomobil istehsalçısı, Polo-nu elektrikləşdirməklə daxili yanma mühərriki sahəsindən akkumulyator batareyaları dövrünə keçmək niyyətində olduğunu göstərir.

   Polo, 1975-ci ildə təqdim olunduğu vaxtdan bəri 20 milyondan çox satılan VW-nin ən uğurlu kiçik avtomobillərindən biridir. O, VW-yə Ford-un Fiesta və Renault-nun Clio kimi oxşar ölçülü modelləri ilə rəqabət aparmağa kömək etmişdir.

MONETAR.AZ


Oxşar xəbərlər