Avropa bazarlarında Tesla satışları azalmaqda davam edir

Avropa bazarlarında Tesla satışları
4 Sentyabr 2025 08:55

   Tesla-nın satışlarının azalması Avropanın demək olar ki, bütün ən böyük elektrikli avtomobil bazarlarındakı payına mənfi təsir göstərib. Federal Avtomobil Nəqliyyatı İdarəsinin verdiyi məlumata görə, Teslanın Almaniyada yeni avtomobil qeydiyyatı keçən ay 39%, ilin ilk səkkiz ayında isə 56% azalıb. İlon Maskın rəhbərlik etdiyi avtomobil istehsalçısı həmçinin, avqust ayında Fransa, Belçika, Danimarka və İsveçdə satışların kəskin azaldığını bildirib. Yalnız Norveçdəki göstəricilər istisnalıq təşkil edib. Belə ki, qeydiyyatlarda keçən ay 21%, ilin əvvəlindən isə 26% artım qeydə alınıb.

   Tesla avtomobillərinin dünyadakı təchizatlarının ilin birinci yarısında 13% azalması şirkətin  ardıcıl ikinci dəfə düşüşünə  yol açıb. Buna baxmayaraq bu kvartalda ABŞ istehlakçılarından bir təkan olacağı gözlənilir. Alıcılar federal vergi guzəştlərinin vaxtının qurtarmasına qədər bu imkandan istifadə etmək niyyətindədirlər. Lakin bu artım fabrik tədarükü azalmağa davam edən Avropa və Çindəki yavaşlama ilə məhdudlaşdırıla bilər. 

  Tesla satışlarının ümumilikdə 40% azalmasına baxmayaraq, bütün Avropada elektrikli avtomobil satışları ilin ilk 7 ayında 26% artıb. Bu bir az da olsa vəziyyətin düzələcəyinə olan nikbinliyi artırıb.

MONETAR.AZ


Oxşar xəbərlər