Goldman Sachs: qızılın qiyməti 5 min dollara çata bilər

Goldman Sachs:
4 Sentyabr 2025 09:17

ABŞ-ın nüfuzlu investisiya bankı Goldman Sachs qızılın qiymətinin demək olar ki, 5 min dollara qədər yüksələ biləcəyini proqnozlaşdırıb. Bu proqnoz Federal Ehtiyat Sisteminə  olan etimadın zədələnməsi və investorların sərmayələrinin kiçik bir hissəsini belə qiymətli kağızlardan qızıla yönəltməsi şərtilə mümkün hesab edilir.

Analitik  Samanta Dart  bildirib ki, FED-in müstəqilliyinin zədələnməsi ssenarisi daha yüksək inflyasiyaya, səhmlərin və uzunmüddətli istiqrazların qiymətlərinin aşağı düşməsinə, habelə dolların ehtiyat valyutası statusunun zəifləməsinə gətirib çıxarar. Buna cavab olaraq, qızıl korporativ etimaddan asılı olmayan bir dəyər anbarı kimi çıxış edəcək.

Goldman Sachs qızıl üçün müxtəlif ssenariləri qiymətləndirib. Əsas proqnoza əsasən, qızılın bir unsiya üçün qiyməti 2026-cı ilin ortalarına qədər 4 min dollara yüksələ bilər. Digər proqnoz 4 500 dollar, ən iddialı ssenariyə görə isə ABŞ istiqraz bazarının cəmi 1 faizinin qızıla yönəldilməsi halında qiymət demək olar ki, 5 min dollara çata bilər.

MONETAR.AZ


Oxşar xəbərlər