Dünyanın ən çox yardım edən ölkələri açıqlandı

Dünya üzrə inkişaf etməkdə olan ölkələrə ən çox xarici yardım göstərən dövlətlərin siyahısı açıqlanıb. "Powerful Countries" platformasının yaydığı məlumata əsasən, siyahıya ümumi məbləğ baxımından Birləşmiş Ştatlar liderlik edir.
ABŞ tərəfindən 2024-cü ildə göstərilən xarici yardımın ümumi məbləği 34,73 milyard dollar təşkil edib. Bu, ölkənin ÜDM-nin (GNI) 0,18%-nə bərabərdir.
İkinci yerdə Almaniya qərarlaşıb – 25,01 milyard dollar (0,67% GNI), üçüncü sırada isə Böyük Britaniya – 18,10 milyard dollar (0,70% GNI) yer alır.
Siyahıda digər əsas ölkələr və onların xarici yardım göstəriciləri belədir:
-
Yaponiya – 11,46 milyard dollar (0,23% GNI)
-
Fransa – 11,38 milyard dollar (0,43% GNI)
-
İtaliya – 5,86 milyard dollar (0,30% GNI)
-
İsveç – 5,56 milyard dollar (1,02% GNI)
-
Niderland – 4,96 milyard dollar (0,60% GNI)
-
Kanada – 4,30 milyard dollar (0,26% GNI)
-
Norveç – 4,12 milyard dollar (0,99% GNI)
Xarici yardım səviyyəsinin ən yüksək olduğu ölkə isə İsveç olub. İsveç ÜDM-nin 1,02%-ni xarici yardıma ayırmaqla bu sahədə dünya lideridir. Onu Norveç (0,99%) və Böyük Britaniya (0,70%) izləyir.
Siyahıya həmçinin İsveçrə, Avstraliya, İspaniya, Danimarka və Cənubi Koreya da daxildir.
MONETAR.AZ