2025-ci ilin yeni mlyarderləri - Süni intellekt qazandırır

Süni intellekt (Sİ) sənayesindəki sürətli inkişaf yeni milyarder nəslini ortaya çıxarıb. CNBC-nin hesabatına görə, bu sektor tarixdə ən böyük sərvət yaratma dalğalarından birinə çevrilib. 2025-ci ildə bir neçə sahibkar və texnoloq qısa müddət ərzində milyonçu statusuna yüksəlib.
CoreWeave şirkətinin həmtəsisçisi və baş direktoru Maykl İntrator təxminən 6 milyard dollar sərvətlə siyahıya başçılıq edir. Onun şirkəti süni zəka modelləri üçün optimallaşdırılmış bulud infrastrukturu təmin edir. CoreVeave-in səhmləri 2025-ci ilin mart ayında səhm başına 40 dollardan 183,58 dollara qədər yüksəlib. Şirkət NVIDIA ilə strateji tərəfdaşlıq edir.
Scale AI şirkətinin həmtəsisçiləri Aleksandr Vanq və Lyusi Quo dünyanın ən gənc milyarderlərindən sayılır. Onların 2016-cı ildə qurduğu Scale AI süni zəka sistemlərinin qurulması üçün məlumat qeydiyyatı xidmətləri göstərir. 2025-ci ilin iyun ayında Meta Scale AI-yə 14.3 milyard dollarlıq sərmayə yatırıb.
OpenAI-in 3 keçmiş yüksək səviyyəli əməkdaşı da milyardlarla ölçülən şirkətlərə rəhbərlik edirlər:
OpenAI-in keçmiş tədqiqat üzrə vitse-prezidenti Dario Amodei 2021-ci ildə Anthropic şirkətini qurub. Onun rəhbərliyi ilə şirkət tərəfindən yaradılan “Claude” adlı süni zəka 2025-ci ilin yanvar ayına qədər 105 milyon aylıq istifadəçi auditoriyası qazanıb.
Keçmiş elm adamı İlya Sutskever Safe Superintelligence şirkətini təsis edib. Şirkətin dəyəri 30 milyard dolları keçir.
OpenAI-in keçmiş texnologiya rəhbəri Mira Murati 2025-ci ilin fevralında Thinking Machines Lab-ı qurub. Şirkət Andreessen Horovitz, NVIDIA və AMD kimi böyük investorlardan 2 milyard dollar sərmayə cəlb edib.
MONETAR.AZ