2026-cı il “Od atı” deyil, “Qara qu quşları” ili ola bilər

2026-cı il “Od atı” deyil,

Astroloqların proqnozuna görə 2026-cı il Çin təqviminə görə Od Atı ili olsa da, faktiki olaraq “Qara Qu Quşları” – gözlənilməz və kəskin dəyişikliklər ili ola bilər.

Məlumata görə ilin nümeroloji kodu 1 yeni dövrlərin başlanğıcını göstərir və qlobal tendensiyaların formalaşmasına təsir edə bilər. 2026-cı ildə qeyri-adi sürətli dəyişikliklər, texnoloji yeniliklər və sosial sahələrdə dönüşlər müşahidə oluna bilər.

Proqnoza əsasən, ilin əsas tendensiyaları aşağıdakılardır:

  • Təhsil sahəsində onlayn formatın daha da genişlənməsi;

  • Kiberhücumlar və şəbəkə təhlükələrinin artması;

  • Rəqəmsal valyutaların yayılması və dövlət nəzarətinin güclənməsi;

  • Qlobal iqlim dəyişikliklərinin təsiri və su resurslarına tələbatın artması;

  • Təbii fəlakət və seysmik fəallığın güclənməsi ehtimalı.

Astroloqlar vurğulayırlar ki, bu proqnozlar real iqtisadi və geosiyasi göstərici deyil, yalnız ilin meylləri və diqqətə layiq sahələr haqqında ümumi fikir verir.

Monetar.az