“Azercell” simkredit xidmətləri üzrə xidmət haqlarını artırıb

“Azercell” simkredit xidmətləri üzrə

“Azercell”in ötən il kredit xidmətləri üzrə xidmət haqlarının artırılması ilə bağlı qəbul etdiyi qərar bu gündən qüvvəyə minib.

Yanvarın 13-dən etibarən tətbiq olunan yeni tariflərə əsasən, simkredit və simtaksit xidmətləri üzrə xidmət haqları artırılıb.

Belə ki, bundan sonra 1 manatlıq simkredit üçün 0,30 manat (əvvəl 0,20 manat), 2 manatlıq simkredit üçün 0,60 manat (əvvəl 0,40 manat), 2 manatlıq simtaksit üçün 0,60 manat (əvvəl 0,40 manat), 3 manatlıq simkredit üçün isə 0,90 manat (əvvəl 0,60 manat) xidmət haqqı tutulacaq.

Eyni zamanda “Simkredit”, “Simtaksit”, “Ekstra kredit” və “İnternet kredit” xidmətləri çərçivəsində göndərilən hər bir sorğuya görə 0,12 manat haqq tətbiq ediləcək.

Qeyd edək ki, indiyədək Simkredit xidmətindən istifadə üçün göndərilən hər SMS-in qiyməti 0,08 manat təşkil edirdi.

MONETAR.AZ