Ulu öndər, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev anadan olmasının 103-cü ildönümündə hörmətlə anılır.
Dövlət rəsmiləri ulu öndərin məzarı üzərinə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.
Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov və Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi, general-leytenant İlqar Musayev, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.