Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıla səfər ediblər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıla

Bu gün, mayın 9-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şükürbəyli kəndinin açılışında iştirak ediblər.

Dövlət başçısı və birinci xanım kənddə inşa edilmiş 360 şagird yerlik məktəb binasında və fərdi yaşayış evlərində yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər.

Prezident İlham Əliyev sakinlərə evlərin açarlarını təqdim edib.

Daha sonra Prezident İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının 150 çarpayılıq yeni binasının tikintisi ilə tanış olublar.

Ardınca dövlət başçısı AzərEnerji ASC-yə məxsus 330 kilovoltluq “Şəfəq” yarımstansiyasının açılışında iştirak edib. Yarımstansiya Soltanlı kəndində yerləşir.