Bakıda yeddi avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Bakıda yeddi avtobus marşrutunun hərəkət sxemi

Bakıda yeddi müntəzəm avtobus xətti üzrə hərəkət sxemində müvəqqəti dəyişiklik edilib. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Dəyişikliklər 9–11 may tarixlərində Abbas Mirzə Şərifzadə küçəsində Nazim Hikmət küçəsindən İsfəndiyar Zülalov küçəsinədək olan hissədə, həmçinin Səməd Vurğun küçəsində Abbasqulu ağa Bakıxanov küçəsindən Füzuli küçəsinədək aparılan təmir işləri ilə əlaqədardır.

Məlumata görə, 39, 77, 96, 165 və 205 nömrəli avtobuslar Nazim Hikmət küçəsiMətbuat prospekti vasitəsilə hərəkət edəcək.

61 və 88A nömrəli avtobusların marşrutu isə Azadlıq prospekti istiqamətinə yönləndirilib.