Avropa növbəti qış üçün anbarlara qaz doldurmaqda davam edir

Avropa növbəti qış üçün anbarlara qaz doldurmaqda

Avropa Birliyi ölkələri 2026-cı ilin aprelindən başlayan yay dövrü ərzində yeraltı qaz anbarlarına 7 milyard kubmetrdən çox təbii qaz vurublar. Bu göstərici ümumi anbar tutumunun təxminən 34,51%-nə bərabərdir. Məlumat Avropa Qaz İnfrastrukturunun məlumatlarına istinadən TASS tərəfindən yayımlanıb.

Hazırda Avropadakı qaz anbarlarında təxminən 37,8 milyard kubmetr qaz mövcuddur. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə daha aşağı göstəricidir. O zaman anbarların doluluq səviyyəsi 41,8%-ə çatmışdı.

Avropa Komissiyası qaydalarına əsasən, üzv ölkələr 1 oktyabr–1 dekabr 2026-cı il aralığında qaz anbarlarını 90% səviyyəsinə qədər doldurmalıdır. Çətin doldurma şəraitində 10%-ə qədər istisna da mümkündür.

Bu tələblərin yerinə yetirilməsi üçün ümumilikdə ən azı 68 milyard kubmetr qazın vurulması lazımdır. Keçən il bu rəqəm təxminən 55 milyard kubmetr təşkil etmişdi.

Gazprom isə bildirib ki, 2026–2027-ci illərin istilik mövsümünün başlanğıcına qədər Avropada qaz ehtiyatlarının doluluq səviyyəsi 70%-i keçməyə bilər.

MONETAR.AZ