İran neft hasilatını təxminən gündəlik 400 min barel azaldıb və ehtiyat anbarları dolduqca istehsalı daha da azaltmağa davam edə bilər. Bu barədə ABŞ-ın energetika naziri Kris Rayt bugün bildirib.
O, “Fox News”a müsahibəsində qeyd edib ki, İran neft anbarlarının dolması və ixrac imkanlarının məhdudlaşması səbəbindən hasilatı mərhələli şəkildə azaltmağa davam edə bilər.
Hasilatın azalması İranın ixrac imkanlarının məhdudlaşdığı bir dövrə təsadüf edir. Bu vəziyyət ölkəni mövcud saxlama güclərinə və bazara çıxış imkanlarına uyğun şəkildə neft istehsalını azaltmağa məcbur edir.
MONETAR.AZ