Azərbaycan və San-Marino qaz tədarükü və yaşıl enerji məsələlərini müzakirə edib

Azərbaycan və San-Marino qaz tədarükü və yaşıl enerji məsələlərini

Bakıda Azərbaycan və San-Marino arasında təbii qaz və bərpa olunan enerji sahələrində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Bu barədə energetika naziri Pərviz Şahbazov sosial şəbəkə X-də paylaşım edib.

Onun sözlərinə görə, Marko QattiAlessandro Bevitori ilə keçirilən görüşdə tərəflər enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Görüş zamanı enerji təhlükəsizliyi, yaşıl keçid və qarşılıqlı faydalı tərəfdaşlığın inkişaf perspektivləri ətrafında da fikir mübadiləsi aparılıb.