Azərbaycanda qadın və kişilərin maaşları bərabərləşdiriləcək

Azərbaycanda qadın və kişilərin maaşları

Prezident İlham Əliyev əməkhaqqında bərabərliyi nəzərdə tutan Əmək Məcəlləsinə və gender bərabərliyi haqqında qanuna dəyişiklikləri təsdiqləyib.

Dəyişikliklərə əsasən, eyni və ya bərabər dəyərə malik işi yerinə yetirən qadın və kişilər cinsindən asılı olmayaraq eyni əməkhaqqı almalıdırlar.

İşin bərabər dəyərdə olub-olmaması meyarları iş şəraiti, işin xarakteri və ixtisas tələbləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən ediləcək.