Mayın 8-də Bakı və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı, bəzi yerlərdə isə qısamüddətli intensiv yağıntının olacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, may ayının ilk ongünlüyünün sonunadək Azərbaycanın bölgələrində qeyri-sabit və yağıntılı hava şəraiti davam edəcək.
Mayın 8-də bir sıra rayonlarda, 9–10 may tarixlərində isə əsasən dağlıq və dağətəyi ərazilərdə yağıntı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə güclü yağış, şimşək, dolu, dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur.
Yağıntılar səbəbindən çaylarda sululuğun artması və dağ çaylarından qısamüddətli sel keçməsi mümkündür.