Bu gün Azərbaycan ərazisi vasitəsilə Rusiyadan Ermənistana növbəti tranzit yük daşınması həyata keçirilib.
Məlumata görə, söhbət 2 vaqon alüminiumdan (ilk dəfə) və 9 vaqon taxıldan gedir.
Yüklər “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola salınıb.
Xatırladaq ki, ötən gün də Azərbaycan üzərindən Rusiyadan Ermənistana ümumi çəkisi 543 ton olan 8 vaqon gübrə və 695 ton ağırlığında 10 vaqon taxıl göndərilmişdi.