"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.
Monetar.az President.az-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Yeni qanuna görə, yol hərəkəti qaydalarının pozulması ilə bağlı inzibati qərarların rəsmi təqdim edilməsi artıq SMS bildirişi göndərilən və ya şəxs sənədlərlə elektron qaydada tanış olduğu vaxt hesab ediləcək, avtomobilin ön şüşəsinə kağız bildiriş qoyulması isə ləğv olunub.