Rusiya fermerləri öz kartoflarını məhv etməklə hədələyir

Rusiya fermerləri öz kartoflarını

Novqorod və Vladimir vilayətlərində fəaliyyət göstərən fermer birlikləri iri ticarət şəbəkələrinin onlardan tərəvəz alımını azaltdığından şikayət ediblər. Səbəb kimi isə həmin şəbəkələrin yaz mövsümündə Misir, Azərbaycan, Çin və digər ölkələrdən gətirilən təzə məhsullara üstünlük verməsi göstərilir. Bu barədə “İzvestiya” yazıb.

Fermerlər vəziyyətlə bağlı Rusiya Dövlət Dumasının aqrar məsələlər üzrə birinci sədr müavininə və Rusiya Fermer Təsərrüfatları və Kənd Təsərrüfatı Kooperativləri Assosiasiyasının (AKKOR) rəhbəri Vladimir Plotnikovaya müraciət ediblər.

Xüsusilə çətin vəziyyət kartof bazarında yaranıb. Böyük həcmdə məhsul anbarlarda qalıb. Fermerlər xəbərdarlıq ediblər ki, yaxın zamanda alışlar artmasa, ehtiyatların məhv edilməsi məcburi olacaq. Bu isə ciddi maliyyə itkilərinə və əkin sahələrinin azaldılmasına gətirib çıxara bilər.

MONETAR.AZ