Bloomberg xəbər verir ki, Macarıstanın yeni hökuməti ölkədə müşahidə olunan quraqlıq fonunda fermerlərə yardım məqsədilə təcili tədbirlər görməyi planlaşdırır.
Şərqi Avropa ölkəsi olan Macarəstanda aprel ayı ərzində demək olar ki, yağıntı olmayıb. Milli meteoroloji xidmət vəziyyəti “kritik” kimi qiymətləndirib. Ənənəvi olaraq buğda və qarğıdalı ixrac edən ölkədə kənd təsərrüfatı sektorunun böyük əhəmiyyəti var və son illərdə baş verən quraqlıqlar iqtisadi artıma mənfi təsir göstərib.
Mayın 9-da baş nazir vəzifəsinə başlaması gözlənilən Péter Madyar bildirib ki, o, ekologiya naziri postuna namizəd László Gajdos-a fermerlər üçün dəstək planı hazırlamağı tapşırıb.
Onun sözlərinə görə, bu addımlar zəruridir, çünki Tisa partiyasının su ehtiyatlarının qorunmasına yönəlmiş uzunmüddətli proqramlarının həyata keçirilməsi vaxt tələb edir.
“Bu il gözlənilən ciddi quraqlığın nəticələrini minimuma endirmək üçün operativ fəaliyyət planına ehtiyac var: həm su ehtiyatları, həm təbiətin mühafizəsi və landşaftlar, həm də kənd təsərrüfatı baxımından”, – deyə Madyar vurğulayıb.
MONETAR.AZ