2026-cı ilin aprel ayına dair inflyasiya göstəricilərinin açıqlanmasından sonra yaşayış və qeyri-yaşayış obyektləri üzrə kirayə artımı üçün tətbiq ediləcək maksimum hədd məlum olub.
Türkiyə Statistika Qurumu (TÜİK) tərəfindən açıqlanan məlumatlara əsasən, kirayə haqlarında artım 12 aylıq inflyasiya ortalamasına uyğun hesablanır.
Yeni hesablamalara görə, aprel ayında kirayə və iş yerləri üçün tətbiq ediləcək maksimum artım faizi 32,43% təşkil edir.
Qeyd edək ki, əvvəlki ayda bu göstərici 32,82% səviyyəsində olmuşdu.
Bu qərarın mahiyyəti ondan ibarətdir ki, ev sahibləri kirayə haqlarını istədikləri qədər artıra bilməzlər. Müəyyən edilən faiz həddi kirayə artımı üçün maksimum limiti göstərir.
Bu mexanizm kirayə bazarında kəskin qiymət artımlarının qarşısını almaq və kirayəçiləri qorumaq məqsədi daşıyır.
MONETAR.AZ