25 noyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları üçün “Dövlətin idarə olunmasında iştirak hüququ: nəzəri və praktiki təhlil” mövzusunda təlim təşkil olunub.
Təlimdə Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin Hüquqi təminat sektorunun müdiri Ülviyyə Bədəlova iştirakçılara dövlətin idarə edilməsində iştirak hüququnun konstitusion əsasları, yeni qüvvəyə minmiş Dövlət Qulluğu Məcəlləsinin gətirdiyi yeniliklər və dövlət qulluğu vəzifələrinin tutulması üsulları barədə məlumat verib.
Sonda dövlət qulluğunun keçilməsi ilə bağlı iştirakçıların sualları cavablandırılıb.