Diabet xəstələrinin endokrinoloq müayinəsinin müddəti dəyişib

Diabet xəstələrinin

Şəkərli diabet xəstələrinin endokrinoloq konsultasiyasından keçmə tezliyi müəyyənləşdirilib. Yeni qaydaya əsasən, insulinə ehtiyacı olmayan şəxslər 3 ayda bir, insulinə ehtiyacı olan xəstələr isə ayda bir dəfə endokrinoloq tərəfindən müayinə olunacaqlar.

Bu dəyişiklik Nazirlər Kabinetinin 13 may 2005-ci il tarixli 87 nömrəli qərarına edilən düzəlişlə təsdiqlənib.

Qərar şəkərli diabet xəstələrinə göstərilən illik tibbi yardımın həcmini, zəruri müayinələri, insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminat qaydalarını əhatə edir.