Azərbaycanda gənclərin çağırışaqədərki hazırlığı ilə bağlı yeni Əsasnamə təsdiqlənib

Azərbaycanda gənclərin çağırışaqədərki hazırlığı ilə bağlı yeni

Nazirlər Kabineti gənclərin çağırışaqədərki hazırlığının təşkili ilə bağlı yeni Əsasnaməni təsdiq edib. Bununla yanaşı, 1998-ci ildə qəbul edilmiş əvvəlki qaydalar qüvvədən düşüb.

Baş nazir Əli Əsədovun imzaladığı 24 noyabr 2026-cı il tarixli, 392 nömrəli qərara əsasən, “Gənclərin çağırışaqədərki hazırlığı haqqında Əsasnamə” təsdiq edilib.

Qərarla Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli 119 nömrəli qərarı da ləğv olunub. Həmin sənədlə “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi” təsdiq edilmişdi.

Yeni qərar 2026-cı il mayın 26-da “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunvericiliyə edilən dəyişikliklərin, eləcə də Prezidentin 24 iyun 2026-cı il tarixli fərmanının icrası çərçivəsində qəbul olunub.