2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın əksər iqtisadi rayonlarında muzdlu işçilərin sayı azalıb.
Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ölkənin 14 iqtisadi rayonundan 11-də ötən ilin eyni dövrü ilə müqayisədə mənfi dinamika qeydə alınıb.
Ən böyük azalma Şərqi Zəngəzur iqtisadi rayonunda olub. Burada muzdlu işçilərin sayı 9,5% azalıb.
Şirvan-Salyan iqtisadi rayonunda azalma 4,8%, Şəki-Zaqatalada 2,8%, Gəncə-Daşkəsəndə isə 2,3% təşkil edib.
Qarabağ iqtisadi rayonunda muzdlu işçilərin sayı 2,2%, Lənkəran-Astarada 2%, Qazax-Tovuzda 1,5% azalıb.
Mərkəzi Aran və Mil-Muğan iqtisadi rayonlarında azalma 1,2%, Quba-Xaçmazda 0,8%, Dağlıq Şirvanda isə 0,6% olub.