Portuqaliyanın büdcəsi: 2027-ci ildə ÜDM artımı 2,3 faiz təşkil edəcək

Portuqaliyanın büdcəsi: 2027-ci ildə ÜDM artımı

Portuqaliya hökuməti yazda keçiriləcək ümumi seçkilərdən əvvəl son büdcə layihəsini parlamentə təqdim edib. Sənədə əsasən, ölkə iqtisadiyyatının 2027-ci ildə 2,3% artacağı proqnozlaşdırılır. Müqayisə üçün, 2026-cı il üzrə artım gözləntisi 2% təşkil edir.

Büdcə proqnozlarına görə, gələn il investisiyalar 7,9%, özəl istehlak isə 1,5% artacaq.

Hökumət 2027-ci ildə büdcə profisitinin ümumi daxili məhsulun (ÜDM) 0,1%-i səviyyəsində olacağını gözləyir. Faiz ödənişləri nəzərə alınmadan hesablanan ilkin profisitin isə ÜDM-in 3,2%-nə çatacağı proqnozlaşdırılır.

Dövlət borcunun ÜDM-ə nisbətinin də azalacağı gözlənilir. Belə ki, bu göstəricinin cari ildəki 135,8%-dən 2027-ci ildə 128,5%-ə enəcəyi nəzərdə tutulur.

Büdcə layihəsində enerji və mənzil xərclərinin artmasından təsirlənən aztəminatlı ailələrə və pensiyaçılara dəstək üçün 2,2 milyard avro (2,41 milyard dollar) həcmində vergi güzəştləri və subsidiyalar ayrılması planlaşdırılır.

Portuqaliya parlamentinin büdcə layihəsi ilə bağlı səsverməni dekabrın ortalarında keçirməsi gözlənilir.

MONETAR.AZ