2025-ci ildə mobil və rəqəmsal cüzdanlar qlobal elektron ticarət əməliyyatlarının dəyərinin 56 faizini təşkil edib. Bu göstərici rəqəmsal ödəniş üsullarının dünya üzrə geniş yayıldığını göstərir.
Monetar.az xəbər verir ki, ani hesablararası köçürmələr də sürətlə genişlənir. Real vaxt rejimində ödəniş əməliyyatlarının qlobal dəyərinin 2025-ci ildəki 60 trilyon dollardan 2030-cu ildə 129 trilyon dollara yüksələcəyi gözlənilir.
Maliyyə sektorunda süni intellektdən istifadə də artır. 2026-cı ildə sorğuda iştirak edən maliyyə şirkətlərinin 66 faizi risklərin idarə edilməsində, 58 faizi isə saxtakarlığın aşkarlanmasında proqnozlaşdırıcı süni intellekt texnologiyalarından istifadə etdiyini bildirib.
Bununla belə, ödəniş fırıldaqçılığı nəticəsində yaranan itkilərin artacağı proqnozlaşdırılır. Kredit və debet kartları üzrə saxtakarlıq itkilərinin 2028-ci ilədək 43 milyard dolları keçəcəyi gözlənilir.
Afrikada mobil pul köçürmələri də geniş yayılıb. 2025-ci ildə Saxaraaltı Afrika ölkələrində mobil pul əməliyyatlarının dəyəri rekord həddə - 1,4 trilyon dollara çatıb. Bu, qlobal göstəricinin təxminən üçdə ikisidir.
2026-cı ildə 146 ölkə və valyuta birliyi mərkəzi bankların rəqəmsal valyutalarının yaradılması istiqamətində araşdırma və ya layihələr həyata keçirib.