Günəş enerjisinin qlobal gücü 2,9 teravata çatıb

Günəş enerjisinin qlobal gücü

Dünyada günəş fotovoltaik enerji sistemlərinin ümumi quraşdırılmış gücü 2025-ci ildə təxminən 2,9 teravata çatıb. Həmin il dünya üzrə əlavə olaraq 664 giqavat yeni günəş enerjisi gücü istifadəyə verilib.

Monetar.az xəbər verir ki, 2010-cu ildə dünyada günəş enerjisi sistemlərinin ümumi gücü cəmi 40 giqavat civarında olub. Son 15 ildə bu göstəricinin sürətlə artması texnologiyanın ucuzlaşması və investisiyaların genişlənməsi ilə əlaqədardır.

Çin bu sahədə dünya lideridir. 2025-ci ildə ölkənin ümumi günəş enerjisi gücü təxminən 1,2 teravata çatıb. Çin 2024-cü ildə qlobal günəş paneli istehsalının təxminən 86 faizini təmin edib.

Günəş fotovoltaik sistemlərinin qiyməti də aşağı düşüb. 2025-ci ildə bir kilovat gücün orta qiyməti 667 dollar olub.

Proqnozlara görə, dünyada illik yeni günəş enerjisi gücü artımı 2024-cü ildəki 597 giqavatdan 2029-cu ildə 930 giqavata yüksələcək. Həmin ilədək qlobal quraşdırılmış günəş enerjisi gücünün 6 teravatı keçəcəyi gözlənilir.