Günəşdə 13 faiz, küləkdə 13 dəfə 

Günəşdə 13 faiz,

Azərbaycanda alternativ enerji mənbələrindən elektrik enerjisi istehsalında artım qeydə alınıb.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-oktyabr aylarında günəş elektrik stansiyalarında 601,6 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13% çoxdur.

Külək elektrik stansiyalarında istehsal isə 960,3 milyon kilovat-saat təşkil edib. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,1 dəfə artıb.

Su elektrik stansiyalarında elektrik enerjisi istehsalı 2 milyard 991 milyon kilovat-saat olub və 18,6% artım qeydə alınıb.

Bununla belə, ümumi elektrik enerjisi istehsalı 22 milyard 60 milyon kilovat-saat təşkil edib və illik müqayisədə 2,2% azalıb.

Alternativ enerji istehsalındakı artım enerji mənbələrinin şaxələndirilməsi və elektrik enerjisi sistemində bərpa olunan mənbələrin payının artırılması baxımından əhəmiyyətlidir.