Rusiya Federasiyasının Antalyadakı baş konsulu Sergey Vetrik Türkiyə otellərində “hər şey daxil” xidmət sisteminin ləğv edilə biləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Diplomat bu məsələ ilə bağlı ciddi bəyanatların olmadığını vurğulayıb.
Vetrik qeyd edib ki, mövzu vaxtaşırı mediada gündəmə gətirilsə də, Türkiyənin rəsmi nümayəndələrindən bu barədə heç bir məlumat daxil olmayıb.
Daha əvvəl Rusiya Turoperatorları Assosiasiyası Türkiyənin “hər şey daxil” sistemindən imtina etməsinin mümkün nəticələrini qiymətləndirmişdi. Təşkilatın vitse-prezidentinin fikrincə, belə bir qərar Türkiyənin turizm sənayesi üçün fəlakətli nəticələrə səbəb ola bilər.
MONETAR.AZ