Bitcoin bu gün 56 min dollar həddindən aşağı enərək 2024-cü ilin sentyabrından bəri ən aşağı qiymətə düşüb. Kriptovalyuta bazarında milyardlarla dollarlıq likvidasiyaların qeydə alınması və qlobal bazarlarda riskli aktivlərdən kütləvi çıxış satış təzyiqini gücləndirib.
Saat 09:56-ya olan məlumata görə, dünyanın ən böyük kriptovalyutası 9,89% ucuzlaşaraq 55 789,1 dollar səviyyəsində ticarət olunub. Bununla da Bitcoinin rüblük dəyər itkisi təxminən 28%-ə çatıb və avqust-sentyabr aylarında əldə etdiyi artım tamamilə silinib.
2025-ci ilin oktyabrında 126 min dollardan yuxarı tarixi maksimuma yüksələn Bitcoin həmin vaxtdan bəri bazar dəyərinin yarıdan çoxunu itirib. Kriptovalyutanın qiyməti ötən yay qeydə alınan təxminən 57 700 dollarlıq əvvəlki ayı bazarı minimumundan da aşağı düşüb.
Bazar iştirakçılarının riskli aktivlərdən uzaqlaşaraq nağd pula üstünlük verməsi kriptovalyutalarla yanaşı, texnologiya səhmlərinin, qiymətli metalların və digər riskə həssas aktivlərin də kəskin ucuzlaşmasına səbəb olub. Kriptobazarda baş verən likvidasiyalar isə qiymətlərin daha da enəcəyi ilə bağlı narahatlıqları artırıb.
MONETAR.AZ