Qızılın qiyməti 2,3 faiz ucuzlaşdı: Həftəlik itki 9 faizə çatır

Qızılın qiyməti 2,3 faiz ucuzlaşdı: Həftəlik itki

Dünya bazarlarında qızılın qiymətində kəskin ucuzlaşma davam edir. ABŞ dollarının möhkəmlənməsi və Federal Ehtiyat Sisteminin (FED) gələn ay faiz dərəcəsini artıracağı ilə bağlı gözləntilərin güclənməsi qiymətli metala tələbi zəiflədib.

Bakı vaxtı ilə saat 08:21-ə olan məlumata görə, qızılın spot qiyməti 2,3% azalaraq bir unsiya üçün 3 539,74 dollar təşkil edib. Sessiyanın əvvəlində qiymət 2025-ci ilin sentyabrından bəri ən aşağı səviyyəyə enib.

ABŞ-da qızıl fyuçersləri isə 4% ucuzlaşaraq 3 537,45 dollara düşüb.

Qızıl həftəlik nəticədə təxminən 9% dəyər itirməyə doğru irəliləyir. Bu, qiymətli metal üçün mart ayından bəri qeydə alınacaq ən kəskin həftəlik ucuzlaşma ola bilər.

MONETAR.AZ