Azərbaycanda emal sənayesinin bəzi sahələrində istehsalın kəskin azalması qeydə alınıb.
Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-oktyabr aylarında kompüter, elektron və optik məhsulların istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 46% azalıb.
Maşın və avadanlıqların istehsalında azalma 75,2%, hazır metal məmulatlarının istehsalında 18,1%, geyim istehsalında 16,6%, kimya sənayesi məhsullarının istehsalında isə 10% təşkil edib.
Eyni zamanda, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 77,2%, toxuculuq sənayesi məhsullarının istehsalı 50,9%, əczaçılıq məhsullarının istehsalı isə 47,4% artıb.
Ümumilikdə, sənaye sektorunda istehsalın real həcmi 0,7% azalsa da, qeyri-neft-qaz sənayesində 4,8% artım qeydə alınıb.
Bu göstəricilər emal sənayesində sahələr üzrə fərqli dinamikanın mövcud olduğunu göstərir.
Xüsusilə maşınqayırma və elektron məhsulların istehsalındakı azalma yerli sənaye müəssisələrinin istehsal gücü, bazar tələbi və texnoloji imkanlarının təhlilini aktuallaşdırır.