2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sektorunda 14 milyard 288,8 milyon manatlıq gəlir əldə olunub.
Monetar.az Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 10,2% çoxdur.
Hesabat dövründə dəniz nəqliyyatı ilə daşınan yüklərin 40,5%-ni neft məhsulları təşkil edib. Ölkənin dəniz limanlarında ümumilikdə 10 milyon 978,5 min ton yük üzrə yükləmə-boşaltma əməliyyatları aparılıb.
2026-cı il noyabrın 1-nə limanlarda qalan yüklərin həcmi isə 199,1 min ton təşkil edib.
