İsveçrədə sənaye istehsalı 2026-cı ilin üçüncü rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 0,8% artıb.
İsveçrə Federal Statistika İdarəsinin cümə axşamı açıqladığı məlumatlara əsasən, bu göstərici ikinci rübdə qeydə alınan 5,5%-lik illik artımla müqayisədə xeyli aşağıdır.
Hesabat dövründə sənaye satışlarının həcmi də illik müqayisədə 0,1% azalıb. Bununla belə, azalma ikinci rübdə qeydə alınan 0,2%-lik geriləmə ilə müqayisədə bir qədər zəifləyib.
Qeyd edək ki, açıqlanan statistik göstəricilərə tikinti sektoru daxil edilməyib.
MONETAR.AZ