Bakıda sərnişinlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə 57B nömrəli yeni müntəzəm avtobus marşrutu yaradılır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, marşrut noyabrın 23-dən fəaliyyətə başlayacaq. Yeni xətt Məhəmməd Hadi küçəsini, metronun “Həzi Aslanov” stansiyasının yaxınlığını Kazımağa Kərimov küçəsində yerləşən “Sabah City” ilə birləşdirəcək.
“BakuBus” MMC-yə məxsus marşrut üzrə 4 avtobus hərəkət edəcək. Sərnişinlərə 15 dəqiqəlik intervalla xidmət göstəriləcək.
Marşrutda gedişhaqqı 60 qəpik müəyyən edilib və ödəniş yalnız nağdsız qaydada həyata keçiriləcək.