Azərbaycanda minik avtomobillərinin qiymətləri 2026-cı ilin yanvar-oktyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 1,8% azalıb.
Monetar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, avtomobillərin ucuzlaşmasına baxmayaraq, onlarla bağlı bir sıra məhsul və xidmətlər bahalaşıb.
Belə ki, minik avtomobilləri üçün ehtiyat hissələrinin qiymətləri 2,8%, yanacaq mallarının qiymətləri 5,2%, avtomobillərin təmiri xidmətlərinin qiymətləri isə 4,4% artıb.
Velosipedlərin qiymətində 1,6%, avtomobil nəqliyyatı ilə sərnişin daşınması xidmətlərində 2,8% artım qeydə alınıb.
Maraqlıdır ki, avtomobillərin özlərinin qiymətləri azalsa da, onların saxlanması və istismarı ilə bağlı xərclərdə artım müşahidə olunub.