Restoran və kafelərdə yeməklər 7,5 faiz bahalaşıb 

Restoran və kafelərdə

Azərbaycanda xidmət sektorunda qiymət artımı müxtəlif istiqamətlər üzrə fərqli dinamika nümayiş etdirir.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-oktyabr aylarında restoran və kafelərin yeməklə təmin etmə xidmətləri ötən ilin eyni dövrü ilə müqayisədə 7,5% bahalaşıb.

Bərbərxana və kosmetoloji xidmətlər üzrə qiymət artımı isə 9,3% təşkil edib.

Ödənişli ali təhsil xidmətləri 5,2%, mehmanxana xidmətləri 3,5%, kompleks istirahətin təşkili üzrə xidmətlər isə 4,2% bahalaşıb.

Beləliklə, hesabat dövründə sadalanan xidmətlər arasında ən yüksək qiymət artımı bərbərxana və kosmetoloji xidmətlərdə qeydə alınıb.