Azərbaycanda muzeylərdə təşkil olunan ekskursiyaların sayı 2025-ci ildə azalıb.
Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə muzeylərdə 88 milyon ekskursiya qeydə alındığı halda, 2025-ci ildə bu göstərici 87 milyon təşkil edib.
Beləliklə, bir il ərzində ekskursiyaların sayı 1 milyon və ya 1,1% azalıb.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə muzeylərdə ekskursiyaların sayı 37,3 milyon təşkil edib. 2015-ci ildə isə bu göstərici 85 milyon olub.
2025-ci ildə muzeylərin keçirdiyi mühazirələrin sayı 9 511 təşkil edib. 2024-cü ildə bu göstərici 9 484 olub.
Təşkil olunan sərgilərin sayı isə 2024-cü ildəki 3 889-dan 2025-ci ildə 3 850-yə enib.