735 kütləvi kitabxananın əsaslı təmirə ehtiyacı var

 735 kütləvi kitabxananın

Azərbaycanda Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən kütləvi kitabxanaların 735-i əsaslı təmirə ehtiyac duyur.

Monetar.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2026-cı il statistik məcmuəsində məlumat verilib.

Məlumata görə, 2025-ci ilin sonuna əsaslı təmirə ehtiyacı olan kitabxanaların sayı ümumi kitabxanaların 25,5%-ni təşkil edib.

Bundan başqa, 70 kitabxananın binası qəzalı vəziyyətdə olub. Bu isə kitabxanaların ümumi sayının 2,4%-nə bərabərdir.

Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə əsaslı təmirə ehtiyacı olan kitabxanaların sayı 790, qəzalı vəziyyətdə olanların sayı isə 24 olub.

2025-ci ildə qəzalı vəziyyətdə olan kitabxanaların sayının 2020-ci illə müqayisədə təxminən 2,9 dəfə artması diqqət çəkir.