Qiymətli metallar ucuzlaşır: gümüş həftə ərzində 15 faiz dəyər itirib

Qiymətli metallar ucuzlaşır: gümüş həftə ərzində

Qiymətli metallar bazarında eniş tendensiyası davam edir. Bu gün gümüşün bir unsiyasının qiyməti 5,30% azalaraq 42,008 dollara düşüb. Platin 2,33% ucuzlaşaraq 1 304,05 dollar, palladium isə 1,96% geriləyərək 889,25 dollar səviyyəsində qərarlaşıb.

Həftəlik göstəricilər də qiymətli metallarda ciddi itkilərin qeydə alındığını göstərir. Gümüşün qiyməti həftə ərzində 15%, platinin qiyməti 13,02%, palladiumun qiyməti isə 12,44% azalıb.

Aylıq müqayisədə də ucuzlaşma davam edir. Son bir ayda gümüş 27,65%, platin 20,80%, palladium isə 19,05% dəyər itirib.

İlin əvvəlindən indiyədək olan dövrdə gümüşün qiyməti 40,86%, platinin qiyməti 36,62%, palladiumun qiyməti isə 46,58% aşağı düşüb.

Qeyd edək ki, cümə axşamı da gümüş 4,88% ucuzlaşıb. Eyni zamanda, qızılın qiymətinin gümüşə nisbəti 85 səviyyəsini ötüb.

MONETAR.AZ