Tarix boyu ən çox karbon emissiyasına səbəb olan ölkələr

Tarix boyu ən çox karbon emissiyasına

1850-ci ildən 2025-ci ilin sonunadək ixrac etdiyi neft, qaz və kömürün yandırılması nəticəsində yaranan karbon emissiyalarına görə Rusiya dünyada ilk sırada qərarlaşıb. Səudiyyə Ərəbistanı ikinci, Avstraliya isə üçüncü yerdə olub. Rusiyanın bu göstəricisi təxminən 70 milyard ton təşkil edib.

Monetar.az xəbər verir ki, bu nəticələr Carbon Brief təşkilatının 1850-ci ildən bəri olan məlumatlar əsasında apardığı araşdırmada əksini tapıb. 

Hesablamaya görə, Səudiyyə Ərəbistanının ixrac etdiyi fosil yanacaqların yandırılması nəticəsində yaranan karbon emissiyalarının həcmi təxminən 60 milyard tona çatıb. Avstraliyanın göstəricisi isə 25 milyard tonu ötüb. Bu ölkələri Venesuela izləyib.

Araşdırmanın əsas xüsusiyyəti emissiyaların yalnız yanacağın istehlak edildiyi ölkəyə deyil, həm də onu hasil edib ixrac edən ölkəyə aid edilməsidir. Məsələn, Avstraliyada hasil olunan kömür Çində yandırıldıqda yaranan karbon emissiyaları ənənəvi statistikada Çinin payına yazılır. Carbon Brief isə həmin yanacağın ixracından irəli gələn emissiyaları Avstraliyanın tarixi töhfəsi kimi hesablayır.

Bununla belə, araşdırmada ABŞ və Çinin də qlobal karbon emissiyalarına böyük tarixi töhfə verdiyi vurğulanır. Bu ölkələr həm yanacaq idxal edib, həm də öz ərazilərində hasil olunan fosil yanacaqları istehlak ediblər.

Məlumatda Avstraliyanın iqlim siyasətindəki mövqeyi də diqqətə çatdırılıb. Ölkənin yanacaq ixracı nəzərə alındıqda qlobal istiləşməyə tarixi töhfəsinin iki dəfədən çox artdığı bildirilir.

İqlim fəalları isə araşdırmanın nəticələrinin fosil yanacaq ixrac edən ölkələrin iqlim danışıqlarındakı məsuliyyətini yenidən gündəmə gətirdiyini bildiriblər.