Dünya əmtəə bazarlarında son saatlarda fərqli qiymət dəyişiklikləri qeydə alınıb. Kənd təsərrüfatı məhsulları arasında ən çox şəkər, metallar bazarında qızıl, gümüş və platin, enerji sektorunda isə kömür ucuzlaşıb. Təbii qaz və neftin bəzi növlərində isə bahalaşma müşahidə olunub.
Monetar.az xəbər verir ki, kənd təsərrüfatı məhsulları arasında şəkərin qiyməti 4,93% azalaraq ən çox ucuzlaşan əmtəə olub. Kauçuk 1,62%, palma yağı isə 1,21% dəyər itirib.
Eyni dövrdə kakao 3,14%, yulaf isə 2,47% bahalaşıb.
Metallar bazarında polad armaturun qiyməti 1,57%, alüminium ərintisinin qiyməti isə 1,14% artıb. Əksinə, qızıl 1,29%, gümüş 1,27%, platin isə 1,09% ucuzlaşıb.
Enerji bazarında Avropa təbii qazının qiyməti 4,56% artıb. Almaniyada təbii qaz 4,37%, Böyük Britaniyada isə 4,25% bahalaşıb. Xam neftin qiymətində 1,14%, "Brent" markalı neftdə isə 0,71% artım qeydə alınıb.
Bununla yanaşı, təbii qazın digər göstəricisi 2,02%, kokslaşan kömür isə 0,60% ucuzlaşıb.