İctimai iaşədə dövlət sektorunun maaşı özəl sektoru 2,5 dəfə üstələyir

İctimai iaşədə dövlət sektorunun maaşı

2026-cı ilin yanvar-sentyabr aylarında turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində orta aylıq nominal əməkhaqqı 794,1 manat olub. Lakin dövlət və özəl sektor arasında ciddi fərq qeydə alınıb.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatına əsasən, bu sahədə dövlət müəssisələrində çalışanların orta aylıq əməkhaqqı 1 862,9 manat, özəl müəssisələrdə çalışanların maaşı isə 755 manat təşkil edib.

Beləliklə, dövlət sektorunda orta əməkhaqqı özəl sektordakı göstəricidən təxminən 2,5 dəfə yüksək olub.